02 mart 2022 14:42
3315

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin açılışı olub FOTO

Martın 2-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.

Mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Açılış mərasimində bildirilib ki, əsaslı təmir olunmuş məktəb 1176 şagird yerlikdir. 31 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayüllü sinif, 2 texnologiya, 2 informatika, çağrışaqədərki hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkxana fəaliyyət göstərəcək.

Sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.