Valeria Messalina
Roma imperatoru Klavdinin 3-cü arvadı, Britanik və Klavdiya Oktaviyanın anası, hakimiyyətpərəst, böyük təsir dairəsinə malik olmuş, əxlaqsız xarakteri ilə lənətlənmiş damğası almış romalı qadınlardan biridir. Antik mənbələrə görə 13 yaşından gəzəyən həyat tərzinə başlamışdı. Messalinanın psevdonimi Liçiska Messalina idi. Valeriya az yaşasa da, parlaq həyatı olub. O, Roma imperatoru Klavdiyanın arvadı idi, amma bu onun gecələr fahişəlik etmək üçün sarayı tərk etməyinə mane olmurdu. Valeriyanı pul maraqlandırmırdı, o, bunu peşəsinə olan sevgisindən edirdi. Həyat yoldaşı uzun müddət onun davranışlarına fikir vermir, ancaq qadın sevgililərindən birinə ərə getmək istədikdə dözmür, onu öldürtdürür.
I Yelizaveta
Yelizaveta Petrovna 1741-ci ildən ömrünün sonunadək Rusiya imperiyasının imperatriçası olmuşdur. O, XVIII əsrin iki böyük Avropa müharibəsi- Avstriya vərasət müharibəsi (1740-1748) və Yeddiillik müharibə (1756-1763) zamanı ölkəni idarə edib. Ölümü ərəfəsində onun yaratdığı imperiya 16,200,000 km2 əhatə edirdi. Nadir gözəlliyə malik olan bu qadın təhkimçilikdən azad edilmişdi. Qeyd edək ki, rəngəranəng intim həyatı ilə məşhurlaşan qadının iyirmi yaşı olanda onlarla sevgilisi var idi. Çariça bu sevgililərinə səxavətlə titul və vəzifə paylayırdı.
Kleopatra
Kleopatra Helenistik Misirin son kraliçası, güclü qadın, bütün dünyada məşhur şəxsiyyət, şairə, əczaçı və tədqiqatçıdır.
İndiyədək onun həyat, sevgi və faciəvi vəfat etdiyi tarix sona qədər məlum deyil. İki min ildən çoxdur ki, Kleopatranın obrazı sirlərlə bəzədilib. Lakin buna baxmayaraq qədim və müasir tarixçilər eyni fikrə gəlirlər: misir kraliçası ağıllı, hökmlü, cazibədar, cəsarətli bir qadın idi. O, yeddi dildə danışırdı, fəlsəfəyə dair, ölçü vahidləri, sikkə sistemi və həmçinin saç düzümləri və kosmetika haqqında kitabların müəllifi olub.
Kleopatra əsrlər boyu yalnız öz siyasi fəaliyyəti və Misiri romalılardan xilas etmək cəhdləri ilə şöhrət tapmayıb. Misir kraliçası Yuli Sezar ilə sevgi münasibəti və Roma sərkərdəsi Mark Antoni ilə dramatik sevgi tarixçəsi ilə də məşhurdur. Məhz bu tarixi faktlar bir çox filmlərin və ədəbiyyat əsərlərinin yaranmasına səbəb olub.
Kleopatra olduqca zəngin və rəngarəng həyat yaşayıb və b. e. ə. 30-cu ilin 12 avqustunda vəfat edib. O, Aksium ətrafındakı döyüşdə məğlubiyyət yaşadıqdan sonra özünü ilan zəhəri ilə zəhərləmişdi.
Qala Dali
Qala Dali (əsl adı Yelena Dyakonovadır) Salvador Dalinin həyat yoldaşı idi. Qadınlar Salvador Dalini cəlb etmirdi, onlar Daliyə sadəcə "erotik fantaziyalarını təmin etmək üçün lazım idilər. Onun bu fikirlərini dəyişdirən qadın məhz Qala oldu. 1926-cı ildə tanış olduğu Rusiyalı məşhur vəkilin qızı, tanınmış şair Pol Eduardın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan insanlar idi. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Dalinin məşuqəsi olmağa razı oldu. Qala Salvadorun sevgilisi, ilham pərisi, modeli, meneceri, bir sözlə hər şeyi idi. Ən qəribəsi isə odur ki, Salvadorun dəli kimi sevdiyi bu qadın ondan yaşca xeyli böyük idi. Onların münasibəti azad sevgi prinsipləri üzərində qurulmuşdu. Qala fantaziyalarını həyata keçirməkdən çəkinmirdi. Onlar intim həyatına hətta üçüncü şəxsləri də dəvət edirdilər. Pulu hədsiz sevən Qala qocaldıqdan sonra kişilərin diqqətini pulla cəlb etməyə başlamışdı. Pulu qurtaranda isə qadın ərinin tablolarını satışa çıxarırdı. Buna baxmayaraq, Salvador Dali onu çox sevirdi. 1982-ci ilin iyununda çox sevdiyi həyat yoldaşı Qalanın vəfatından sonra Salvador Dali həyata olan sevgisini itirdi. Qalanın öldüyü və dəfn edildiyi Pubol Qəsrinə köçərək sakit bir həyat yaşamağa başladı.
Kraliça Covanna
Kraliça Covanna taxt-tacına 15 yaşında babası Müdrik Robertdən sonra çıxıb. Onun atası və əmisi gənc yaşda dünyasını dəyişdiyi üçün taxta qız övladının çıxmasından başqa çarə qalmayıb. Xalq müdrik hökmdarın nəvəsinin də ədalətli olacağını gözləyirdi, amma əksi oldu. Xalalarının təsiri altında qalan Covanna sarayı tezliklə böyük bir fahişəxanaya çevirir. Neapol kraliçası olan Covanna yatağını eyni vaxtda bir neçə kişi ilə bölüşməyi xoşlayırdı. Çox maraqlıdır ki, pozğun həyatı sürən bu qadın incəsənəti çox sevirdi. O, Bokaççonun erotik novellalarının ilk oxucularından sayılırdı. Məşhur yazıçı gecələr ona əsərlərini oxuyurdu.
Mariya Antuanetta
Fransa kraliçası və XVI Lüdovikin həyat yoldaşı Mariya Antuanettanın adı da tarixin ən əxlaqsız qadınları sırasına daxildir. Heç kimdən çəkinməyən qadın adətən bal və maskaradlara özünü təmin edəcək kişi axtarışına çıxırdı. Deyilənə görə kraliça hətta öz oğlunu belə yoldan çıxarmışdı.
Mariya Alekseyevna Saltıkova
Knyaz qızı olan Mariya Saltıkova təkcə gözəl yox, həm də ağıllı xanım idi. Kişilər arasında olduqca məşhur olan knyaz qızı gecəni əsgər kazarmasında keçirməyi çox sevirdi. Bəzi tarixçilərin verdiyi məlumatlara görə Saltıkovanın 300-dən artıq sevgilisi olub.