Müğənni Şəbnəm Tovuzlu türkiyəli həmkarı Seda Sayanın “Sabahın sultanı Seda Sayan” proqramında qonaq olub.
“İki sahil” xəbər verir ki, veriliş zamanı onlar arasında maraqlı dialoq yaşanıb:
Seda Sayan: Sənə Azərbaycanın Sibel Canı deyirlər?
Şəbnəm Tovzlu: Elə deyirlər. Sibel Canı çox sevirəm.
Seda Sayan: Amma bənzəmirsiniz. Sibel ağappaq qadın, sən daha əsmərsən. Bəlkə, səs olaraq bənzədirlər?
Şəbnəm Tovuzlu: Yox. Üz quruluşu biraz. Bir-iki fotoma görə mediada elə deyiblər. Amma nə yaxşı ki, Şəbnəm Tovuzluyam.
Ş. Tovuzlu verilişdə bir neçə sevilən mahnısını ifa edib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu