06 mart 2022 09:54
1518

TASS: Ukrayna nüvə silahı əldə edə bilər

Ukrayna bir neçə ay ərzində nüvə silahı əldə edə bilər.

“İki sahil” xəbər verir ki, bu məlumatı TASS məlumat yayıb.

"Qərb ekspertlərinin qənaətinə görə, Kiyev rejimi ölkədə saxlanılan işlənmiş nüvə yanacağından gizli şəkildə plutonium əsasında nüvə partlayıcı qurğunun yaradılmasına yaxın olub. Ukraynalı mütəxəssislər bir neçə ay ərzində belə bir qurğu istehsal edə bilər", - deyə məlumatda qeyd edilir.

Agentliyin məlumatına görə, iyirmi ildən artıqdır ki, həm nüvə, həm də raket sferasında proqramlar həyata keçirən Ukrayna ardıcıl olaraq öz nüvə silahlarının yaradılması üçün bütün lazımi şəraitin formalaşmasına doğru irəliləyir. Xüsusən də nüvə zəncirvari reaksiyalarının modelləşdirilməsi, parçalanan materialların izotoplarla ayrılması, həmçinin nüvə materiallarının tədqiqi və metallurgiyasında mühüm nəticələr əldə edilib”.

Fevral ayında Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Budapeşt Memorandumunda iştirak edən ölkələrin sammitini çağırmağı tapşırdığını bildirib. Onun sözlərinə görə, bu baş tutmasa və ya Ukraynaya təhlükəsizlik zəmanəti verməsə, o zaman memorandum Kiyev tərəfindən etibarsız sayılacaq. Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Bu sənədə əsasən, Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi.