Müğənni Elşad Qarayev xətrinə dəydiyi həyat yoldaşından üzr istəyib.
“İki sahil” xəbər verir ki, bu, “1 dəqiqə” verilişində yaşanıb.

İfaçı bildirib ki, 41 ildir ailəlidir və buna görə xanımına borcludur: “Xətrinə dəymişəm, məni bağışla. Dahi insansan ki, mənim kimi xasiyyətli insana 41 ildir dözmüsən”.
E. Qarayev studiyada diz çökərək “yalvarıram, bağışla məni” sözlərini deyib.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu