20 mart 2022 13:25
1423

Fərid Qayıbov evindən video paylaşdı VİDEO

Gənclər və idman nazir Fərid Qayıbovun Novruz bayramı ilə bağlı təbriki sosial şəbəkələrdə maraqla qarşılanıb.

“İki sahil” xəbər verir ki,  nazir öz feysbuk hesabında bayramla bağlı evindən video paylaşıb.

Görüntülərdə nazirin qızı ilə oğlu da yer alıb. Qayıbovun oğlu tarda “Sarı gəlin” mahnısını ifa edib.

Qeyd edək ki, F. Qayıbovun 3 övladı var.