31 mart 2022 21:37
4637

Biz hər zaman Azərbaycanın yanındayıq - Şamil Ayrım  

“Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım  31 Mart Azərbaycanlıların Soyqrım günü ilə əlaqədar Azərbaycanlı həmkarına başsağlığı verib”

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərərək deputat həmkarlarına 31 Mart Azərbaycanlıların Soyqrım günü ilə əlaqədar bağlı başsağlığı verib.

"Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu faciələri özündə birləşdirən 31 mart Azərbaycanlılarının soyqımı günü ilə əlaqədar bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbr diləyirik. Biz hər zaman Azərbaycanın yanındayıq!", - başsağlığında qeyd edilib.