Aparıcı Zaur Baxşəliyev yeni mahnı ifa edib.
“İki sahil” xəbər verir ki, “Dur gəl gedək” adlı mahnı “Zaurla Günaydın” verilişində səsləndirildikdən sonra "Youtube"da trendə çevrilib. Z.Baxşəliyev mahnını 3 il əvvəl iranlı bəstəkardan aldığını deyib: “İranlı müğənni-bəstəkar Afşin pandemiyadan qabaq bu mahnını mənə vermişdi. Musiqisini və sözlərini o yazıb. Mahnı 3 ildir məndədir, amma oxumamışdım. Təxminən 5-6 gündür səsyazma studiyasında yazdırdıq. Dünən gecə yutub kanalına yüklədikdən sonra artıq trendə çevrilib”.
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu
“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər