Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı 8 nömrəli ərazi partiya təşkilatının fəalları, Şuşa rayon 20 nömrəli tam orta məktəbin və Şuşa rayon Xanalılar kənd uşaq musiqi məktəbinin müəllim kollektivi şəhid Hüseynov Əzəmi Əli oğlunun ailəsini ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, görüşdə Əzəmi Hüseynovun keçdiyi qısa və şərəfli həyat yolundan danışılıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəkləri bildirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.