25 aprel 2022 19:45
6797

Zorakılıq və onun növləri

Ailə içi zorakılığın sayı getdikcə artır və bəzi hallarda bunun sonu qətllə bitir. Bəs zorakılıq nədir? Onun hansı növləri var?

Fiziki zorakılıq - Şəxsə fiziki zərər vurmaq məqsədi ilə birbaşa və ya dolayı yolla şikəstetmə, bədənə ağır xəsarət yetirmə, döymə, təpik, sillə, itələmə, əşya atma və s. Bəzi əlamətləri: əllərdə, üzdə, ayaqlarda və bədənin digər hissələrində zərbə izləri, çapıqlar, kəsiklər; qırıqlar və ya çürüklər; yanıq izləri;

Cinsi zorakılıq - İnsanın öz iradəsi olmadan, zorla, hədə-qorxu və ya aldatma yolu ilə hansısa formada cinsi əlaqəyə məcbur edilməsidir.

Psixoloji zorakılıq - Təhqir, hədə-qorxu, təhdid, şantaj, nəzarət və s. ilə özünü göstərən insanın psixoloji sağlamlığına zərərdir. Bəzi əlamətləri: bir insana qarşı davamlı qışqırıq və təhdidlər; söyüş söymək və nalayiq sözlərdən istifadə etmək;

İqtisadi zorakılıq - İş və ya təhsilə qadağa, maliyyə dəstəyindən məhrumetmə, xərclərə tam nəzarət kimi özünü göstərə bilən maddi təzyiq formasıdır.

Nərmin Nərimanova