Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk.
“İki sahil” xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir.
“Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb