İslam dünyasının ən müqəddəs ayı olan Ramazan ayı münasibətilə Xəzər rayonunda iftar süfrəsi təşkil olunub.
“İki sahil” xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatı tərəfindən təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və aztəminatlı ailələr iştirak etmişdirlər.
İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunulmuş, Ramazan ayının fəzilətlərindən bəhs olunmuş və şəhidlərimizin əziz xatirələri böyük ehtiramla yad edilmişdir.