Şirvanda tikinti malları bazasında xəsarət alan fəhlə xəstəxanada ölüb.
“İki sahil” xəbər verir ki, aprelin 26-sı şəhər ərazisində yerləşən tikinti materiallarının satışı mağazasında fəhlə işləyən Sabirabad rayonunun Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Vüqar Nurəhmədov iş prosesində kranın qarmağının onun baş nahiyəsinə dəyməsi nəticəsində ağır kəllə-beyin travması alıb.
Paytaxt xəstəxanalarından birinə yerləşdirilən 38 yaşlı rayon sakini aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.