Çayın ideal hazırlanması üçün bilinməsi vacib olan 3 sirr var. Onları təqdim edirik:
Dağ və bulaq suyu
Su dad verən əsas komponentdir. Türkiyə, Mərakeş və İrlandiyada çayın hazırlanması üçün müstəsna olaraq dağ və bulaq suyundan istifadə edilir. Şəhər şəraitində onu əldə etmək demək olar ki, mümkün deyil, ona görə də alternativ variantlar axtarmaq lazımdır. Ən önəmlisi çayı dəmləmək üçün istifadə edəcəyiniz suyun sərt və xlorlu olmamasıdı.
Qaynama müddəti:
Çay həvəskarları bilirlər ki, hər çay növünün öz optimal su temperaturu və dəmləmə vaxtı var. Fermentasiya prosesi nə qədər uzun sürərsə, temperatur da bir o qədər yüksək olmalıdır. Məsələn, bitki çayı 98-99°C-də 3-6 dəqiqə dəmlənir. Klassik qara çay 98-99°C temperaturda su ilə orta hesabla 4-5 dəqiqə dəmlənməlidir.
Çini çaydanlardan istifadə edilməlidir
Ənənəyə görə içkini dəmləmək üçün çini çaydanlardan istifadə edilməlidir. Əgər çini çaydanınız yoxdursa, şüşə və ya keramika qabdan istifadə edə bilərsiniz, onlar da bu məqsəd üçün yaxşıdır. Metal qablara gəldikdə, onlardan imtina etmək daha faydalı olacaq, çünki dəmləmə zamanı oksidləşirlər və bununla da çayın dadını korlayırlar.
Aysel Bayramova