06 may 2022 14:17
1065

Balıq məhsullarının faydaları nələrdir?

"25 yaşa kimi orqanizm inkişaf prosesindədir. Bu proses zamanı daxili orqanların inkişafı üçün, ümumiyyətlə, orqanizmin həm fiziki, həm əqli, həm də bioloji cəhətdən inkişafı üçün 40-dan 70-ə qədər marko və mikro elementlər lazımdır".

“İki sahil” xəbər verir ki, bu fikirləri mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bunları da almaq üçün faydalı qidaların önəmi danılmazdır: "Bu qidalar sırasında balıq və balıq məhsulları yer tutur. Bunlar da "Omega 3 " doymamış yağ turşuları ilə zəngindir və orqanizmə bir çox faydalarə vardır. “Omega 3” yağı beynin inkişafına, zəkanın inkişafına kömək olur və mütləq şəkildə yetkinlik dönəmində, 8 yaşa qədər olan dönəmdə balıq məhsullarından istifadə etmək faydalı hesab olunur. Təbii ki, tərkibində həddindən artıq yod olduğu üçün mərkəzi veyin sisteminin inkişafına yardım edir. Eyni zamanda balıq həm də ürək üçün çox faydalıdır. Balığın tərkibində olan “omega 3” turşuları orqanizmdə olan xolestrolu tənzimləyir və pis xolestrolun səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Kalsium deposu olduğu üçün sümüklərə də faydalıdır. Bəzən balıqların sümükləri xırda olduğu üüçn yeyilə bilən olur. Bu sümüklərlə birlikdə yeyildikdə kalsium kifayət qədər qəbul olunur və sümük skleti də düzgün şəkildə inkişaf edir. Həmçinin hüceyrələr üçün çox faydalıdır. Hüceyrələrin zülal mənbəyi olduğu üçün əzələlərin yaranmasında böyük rol oynayır.

Gəclər mütəmadi olaraq həftədə 2 dəfə balıqdan və balıq məhsuılarında istifadə edirsə gələcəkdə şəkərə tutulma riski minimuma enmiş olur. Bundan əlavə mərkəzi sinir sisteminə faydalı olduğu üçün alzaimer xəstəliyinə tutulma riskini azaldır.

Əsas məsələrdən biri də odur ki, yaşadığımız yerə uyğun olaraq balıq məhsullarının istifadə edilsin. Balıqda B1, B12, B6 vitaminləri, D vitamini, K vitamini çox miqdarda olduğu üçün orqanizmə lazım olan makro və mikro elementlərin bir qismini qarşılayır. Bundan əlavə hüceyrələri yenilədiyi üçün dərinin sağlamlığına çox böyük təsiri var, saçların, dırnaqların sağlamlığına da çox böyük təsir edir.

Balıq məhsulları hormon balansını düzənlədiyi üçün depresiyaya tutulma riskini azaldır. Xüsusilə yeniyetmələrdə hormon balansı dəyişkən olduğu üçün bir çox hallarda görürük ki, gənclər intihara meyilli olur, depresiyaya düşürlər və yaxud ruh düşkünlüyü yaşayırlar. Bu dövrlərdə balıq məhsullarını mütəmadi istifadə etmək onların hormonlarının balanslı şəkildə inkişafına yardım edəcəkdir. Yaxşı olar ki, təzə balıqdan istifadə edilsin, hər balığın özünə görə saxlanma, yeyilmə qaydası vardır. Balıq bişirildikdən dərhal sonra yeyilməlidir. Konservləşdirilmiş balığın tərkibindəki D vitaminləri təzə balığınkından nisbətən azdır”.