Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2021-ci il üzrə maliyyə hesabatı təqdim etməsi prosesi yekunlaşıb.
“İki sahil” xəbər verir ki, dövlət qeydiyyatında olan 58 partiyadan 48-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib və həmin partiyaların siyahısı MSK-nın saytında yerləşdirilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idi.
MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb YENİLƏNİB
Azərbaycançılıq məfkurəsi milli birliyin və tərəqqinin sarsılmaz təməlidir - TƏHLİL
Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub