Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, telefon danışığı əsnasında ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Entoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb YENİLƏNİB
Azərbaycançılıq məfkurəsi milli birliyin və tərəqqinin sarsılmaz təməlidir - TƏHLİL
Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub