Rusiya Cənubi Qafqazı sülh, davamlı inkişaf və firavanlıq zonasına çevirməkdə maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə Azərbaycan və Ermənistan XİN başçıları ilə keçirilən üçtərəfli görüşdə bildirib.
"Ümid edirəm ki, bugünkü görüş liderlərimizin müəyyən etdiyi yolla irəliləməyə imkan verəcək", - deyə Rusiya XİN rəhbəri bildirib.
Sergey Lavrov qeyd edib ki, Moskva tərəflər arasında etimadın artırılmasında və Ermənistan-Azərbaycan əlaqələrinin tam normallaşması üçün şərait yaradılmasında maraqlıdır.
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb