Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya və Ermənistandan olan həmkarları ilə görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb.
“İki sahil” xəbər verir ki, nazir eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb.
“Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, - C.Bayramov bildirib.
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb