13 may 2022 17:30
742

Aydan gətirilən torpaqda bitki yetişdirilib – İLK DƏFƏ/FOTO


ABŞ-ın Florida Universitetinin alimləri ilk dəfə olaraq Aydan gətirilən torpaqda bitki yetişdirildiyini açıqlayıblar.

Alimlər əsaslı tədqiqat aparıblar. Aparılan araşdırmalara uyğun olaraq ilk dəfə 1969-1972-ci illərdə Apollon missiyası zamanı Aydan gətirilən torpaqlarda bitki yetişdirilib. Bu araşdırmanın Ayda uzun müddət qalmaq üçün çox əhəmiyyətli olduğu bildirilərkən, toxumların təəccüblü şəkildə 2 gündə cücərdiyi öyrənilib. Bu haqda məqalə yazan Florida Universitetinin professoru Anna-Lisa Paul “nə qədər təəccübləndiyimizi sizə deyə bilmərəm. Ay nümunəsindəki və ya nəzarət altında olan hər bir bitki 6 gün ərzində eyni görünürdü" deyə bildirib.

 

Bildirilib ki, günlər keçdikdən sonra bitkilərdə fərqlilik yaranmağa başlayıb, Aydan gətirilən torpaqdakı bitkilərdə stress əlamətləri müşahidə olunub və daha gec inkişaf edib. Bitkilərdəki yaşanan  bu dəyişikliklərə yer üzünün təsiri olduğu qeyd olunub.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) idarəçisi Bill Nelson mövzu ilə bağlı açıqlamasında məlumat verib ki, bu araşdırma NASA-nın uzunmüddətli kəşfləri üçün vacibdir: “Çünki biz uzun müddətli kosmosda yaşayan və fəaliyyət göstərən gələcək astronavtlar üçün qida mənbələri hazırlamaq üçün Ay və Marsdakı resurslardan istifadə etməli olacağıq. Bu fundamental bitki yetişdirmə tədqiqatı həm də NASA-ya bitkilərin dünyanın ərzaq qıtlığı olan bölgələrindəki stresli şərtlərin öhdəsindən necə gələ biləcəyini izah etməyə köməklik göstərəcək və kənd təsərrüfatı yeniliklərini aşkar etmək üçün necə işlədiyinin də mühüm nümunəsi olacaq."

Resurslar məhduddur

Tədqiqatlarını davam etdirən elm adamları üçün Aydan gətirilən torpaq çox olmasa da Florida Universitetindəki tədqiqat qrupuna onilliklər ərzində qapalı qalan mənbələrdən hər bitki üçün 1 kiloqram torpaq verilib. Qeyd edək ki, NASA astronavtları 1969-cu ildən 3 il ərzində Ayın səthindən 382 kiloqram Ay daşı, nüvə nümunələri, çınqıllar, qum və toz gətiriblər.

Qeyd edək ki, NASA 1972-ci ildən bəri ilk dəfə olaraq insanları 2025-ci ildə Aya aparmağı planlaşdırır.

Vüsal  Cahanov, “İki sahil”