14 may 2022 09:21
831

“Freedom House” Ermənistandakı vəziyyətdən narahatdır

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda etiraz aksiyaları zamanı jurnalistlərə, ictimai xadimlərə və sadə vətəndaşlara qarşı zorakılıq hallarından narahatlığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə təşkilatın tviter hesabında məlumat yayılıb.

“Biz insanları öz fundamental hüquqlarını sülh yolu ilə ifadə etməyə çağırırıq və polisi qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Bildirilib ki, Ermənistan hakimiyyəti və müxalifəti bütün vətəndaşların hüquqlarını demokratik norma və standartlara uyğun təmin etmək üçün zəruri olan demokratik və insan haqları institutlarının, o cümlədən vətəndaş cəmiyyəti və medianın maneəsiz fəaliyyətinə hörmətlə yanaşmalıdır.