14 may 2022 11:11
752

Əliabadlılar dövlətdən razılıq edirlər

Dağlar diyarı Lerikdə rayon rəhbərliyi tərəfindən vətəndaşlarla  səyyar qəbullar davam edir. İcra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin  növbəti belə bir tədbiri  rayonun Əliabad kənd sakinləri ilə  baş tutdu. Səyyar qəbula rayonun yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisə,  təşkilat rəhbərləri  də qatılmışdı.

Görüşdə İcra başçısı çıxış edib pandemiya dövrünün  yaratdığı çətinliklərə baxmayaraq cənab Prezidentin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticələrini sadalayaraq əldə olunan uğurların xalqımızın xoş rifahına xidmət etdiyini diqqətə çatdırdı. Daha sonra sakinlər fərdi qaydada  söz alıb dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının durmadan inkişafından, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşayışından  məmnun olduğunu bildirdilər, müraciət və təkliflərini  söylədilər. İcra başçısı hər bir çıxışı  nəzərə almaqla  vətəndaşları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verdi, bir çox müraciətlər yerindəcə həll olundu.

Əliabadlılar  vətəndaşların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı  İlham Əliyevə, eləcə  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.

Zəfər  Əliyev,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü