Azərbaycan və Türkiyənin beynəlxalq siyasətində qarşılıqlı fayda, əməkdaşlıq və investisiya mühitinə üstünlük verilməsi məsələsi mühüm yer tutur.
Bunu “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli dedi.
STM sözçüsü dedi ki, Azərbaycan və Türkiyə dünyanı müharibə platforması içərisində görən ölkələrdən fərqli olaraq, regionu sülh içərisində görmək istəyir: “Digər vacib məqam ondan ibarətdir ki, 30 il ərzində Azərbaycanla Türkiyənin keçdiyi yol bu gün Şuşa Bəyannaməsi ilə strateji nöqtəyə çatdı”.
Ə.Əlibəyli qeyd etdi ki, Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı dünyanın sülh mərkəzi rolunu oynaya biləcəklərinin mesajdır.
“Ən vacib məqamlardan biri bölgədə icra olunacaq iqtisadi layihələrdir”.
Yaqut Ağaşahqızı, “İki sahil”
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb