Bu il Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayında açılmışdır. 1993-cü ilin yanvar ayında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Bunu “İki sahil”ə açıqlamasında politoloq Yusif Bağırzadə dedi.
O bildirdi ki, Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi hər zaman Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsi olub. Məhz bu siyasətin nəticəsidir ki, tarixi köklərə və qardaşlığa söykənən, həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr son dövrlər siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. bütün sahələrdə çox uğurla inkişaf edir.
İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri, müxtəlif məsələlər barədə vaxtaşırı fikir mübadilələri aparmaları ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Türk dünyasının atası Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan ölkələrimizin əlaqələri son illər daha böyük inkişaf mərhələsinə qədəm qoyub. Biz bu dostluğun, qardaşlığın, birliyin nə qədər böyük gücə sahib olduğuna il yarım öncə başa çatan 44 günlük Vətən müharibəsi zamanı bir daha şahid olduq.
Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikası Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə inşa etdirilən, artıq XXI Əsrin layihəsi adını almış Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsulu kimi tarixə düşübdür. Heç şübhəsiz ki, həyata keçirilən bütün bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir.
Azərbaycan və Türkiyənin Gürcüstan, İran İslam Respublikası, Türkmənistan ilə ayrılıqda üçtəfərli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verməkdədir.
Məhz Türkiyə prezidenti və digər hökümət nümayəndələrinin Azərbaycanın suveren əraziləri uğrunda apardığı haq savaşında mütəmadi olaraq verdikləri dəstəyin nəticəsidir ki, kənar qüvvələr işğlaçı Ermənistana açıq hərbi yardımdan və bizə hərbi müdaxilə etmək fikirlərindən çəkindilər. Nəticədə isə Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində 30 illik işğala son qoyaraq ərazilərini düşmən tapdağından azad etməyi bacardı.
İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri, müxtəlif məsələlər barədə vaxtaşırı fikir mübadilələri aparmaları ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Elə bu gün açılışı həyata keçirilən, dənizin üzərində inşa edilmiş nəhəng layihənin - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılması da Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir.
Bundan əvvəl Türkiyə Prezidentinin İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfərləri, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı da nümunəvi müttəfiqlik münasibətlərinin göstəricisidir.
Müttəfiqlik münasibətlrindən söz düşmüşkən ili ölkə liderləri tərəfindən imzalanmış Şuşa bəyannaməsini də xüsusi olaraq qeyd etmək lazımdır. Heş şübhəsiz ki, Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanan Şuşa bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək səviyyəyə qaldıraraq iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb