16 may 2022 13:55
994

Hadisə ilin “Pomidor kraliçası” seçildi

Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı Festivalı çərçivəsində təşkil olunan xalq konsertində səhnəyə çıxan Hadisə daha bir "fəxri ada" layiq görülüb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı ilin "Pomidor kraliçası" seçilib.

Köhnə və yeni mahnılar oxuyan Hadisə gələcəyin gənclərin əlində olduğunu deyib.

Konserti təxminən 10 min adam izləyib.