16 may 2022 14:33
570

Kreml Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından narahatdır

Kreml Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından narahatdır və bunun nəticələrini dərindən təhlil edəcək.

“İki sahil” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ciddi məsələdir, bu, bizim narahatlığımıza səbəb olan məsələdir. Finlandiya və İsveçin NATO-ya daxil olmasının təhlükəsizlik nöqteyi-nəzərindən hansı nəticələrə gətirib çıxaracağını çox diqqətlə izləyəcəyik. Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz yoxdur, halbuki Ukrayna da potensial olaraq NATO-ya üzv ola bilərdi, o zaman Rusiyanın alyansda iştirak edən dövlətlə ərazi mübahisəsi yaranardı. Rusiya əmindir ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Avropada təhlükəsizlik arxitekturasını gücləndirməyəcək”, deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, Moskva bu məsələni diqqətlə izləyir. "Bunun mümkün nəticələrinin çox dərin təhlilinə əsas var. Biz düşünmürük ki, Finlandiya və İsveçin NATO-ya daxil olması qitəmizdə təhlükəsizlik arxitekturasını hansısa şəkildə gücləndirəcək və təkmilləşdirəcək".