26 sentyabr 2026 23:59
84

Tramp İran tərəfinə etimadın olmaması səbəbindən təklifi rədd edib?

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib. Diplomatdan Trampın imtinasının İranın mümkün razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə əmin olmaması ilə bağlı olub-olmadığı soruşulub. "Qismən belədir. Onlar əvvəlki razılaşmanın şərtlərini yerinə yetirməyiblər", – deyə Uolts vurğulayıb. Bununla yanaşı, Uolts Vaşinqtonun yaxın perspektivdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olub-olmadığı barədə suala cavab verməkdən yayınıb.

"Mən prezidentin qabağına keçməyəcəyəm", – deyə amerikalı diplomat qeyd edib.

Qeyd edək ki, daha əvvəl Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini açıqlamışdı.