“Bura bizim evimizdir, Türkiyənin istənilən yerinə gedəndə keçirdiyimiz hissləri Bakıya gələndə yaşayırıq”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviter hesabında yazıb.
“Bir millət, iki dövlət” ifadəsi sadəcə mücərrəd bir şüar deyil, konkret münasibətlərimizin əsaslandığı əsas prinsipimizdir”, - Türkiyə parlamentinin rəhbəri qeyd edib.
Qeyd edək ki, TBMM sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün dünən Azərbaycana səfərə gəlib.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər