17 may 2022 15:12
561

İƏT PA-ya sədrlik Azərbaycana keçib

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (IƏT PA) sədrlik Azərbaycana keçib.

“İki sahil” xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib: “Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”.