"Azərbaycan Qarabağın yaşıl enerji zonasına çevrilməsi üzərində çalışır".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş müxtəlif regionlar fərqli potensiala malikdir.
O, indiyədək Qarabağda 4 kiçik Su Elektrik Stansiyasının (SES) işə salındığını, daha 5-i üzərində iş aparıldığını bildirib.
Nazir müavini Azərbaycanda 2030-cu ilədək Milli İnkişaf Strategiyası çərçivəsində 5 əsas istiqamətin müəyyən edildiyini, onlardan birinin təmiz ətraf mühit olduğunu xatırladıb.
E.Sultanov Azərbaycanın 2050-ci ilədək atmosferə atılan tullantıların həcmini 40% azaltmağı hədəflədiyini bildirib.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər