“Beynəlxalq təşkilatların zamanın tələbinə uyğun olaraq islahatlar həyata keçirməsi vacibdir”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.
Onun sözlərinə görə, İƏT-də əlaqələri güclü şəkildə inkişaf etdirmək vacibdir: “Qlobal iştirakçılar regional problemlərin həlli yolunu tapmırlar. Onlar problemləri gərginləşdirəcək qərarlar qəbul edirlər. Bu müdaxilələr heç bir ölkəyə sülh gətirməyib. Bizim bunlardan dərs çıxamağımız vacibdir”.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər