Cənubi Qafqaz üzrə “3+3” (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Türkiyə və İran) platformasının ikinci iclasına hazırlıq gedir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
Rusiyalı diplomat “3+3” platformasını perspektivli mexanizm kimi dəyərləndirib.
Onun sözlərinə görə, “3+3” platformasının ikinci iclasına hazırlıq gedir. Andrey Rudenko vurğulayıb ki, ikinci iclası ilin birinci yarısının sonuna qədər keçirməyi nəzərdə tuturlar.
Xatırladaq ki, birinci iclas ötən ilin dekabrında Moskvada keçirilib.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər