“Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir”.
“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib:
“Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır.
Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur”.
Azərbaycan və Gürcüstan XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər