18 may 2022 17:07
692

Biznes forum ikitərəfli iqtisadi əməkdaşlığa təkan verəcək

Prezident İlham Əliyevlə birlikdə Bakıda Azərbaycan-Litva biznes forumunu açmağa şadam.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Litva Prezidenti Gitanas Nauseda “Twitter“də bildirib.

“Ümid edirəm ki, bu, ikitərəfli iqtisadi əməkdaşlığımıza təkan verəcək və bizneslərimizin birgə işləməsi üçün gözəl platforma rolunu oynayacaq. Azərbaycanın biznes nümayəndə heyətini Vilnüsdə qarşılamağı səbirsizliklə gözləyirik”, - Litva Prezidenti vurğulayıb.