“Ermənistan işğalından 28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı qədim şəhər Şuşadayıq”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop tviterdə yazıb.
“Vətən bağının əsarət altındakı gülü xarıbübül artıq can Azərbaycanın bayrağı altında coşqu ilə açır”, - siyasətçi qeyd edib.
***
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop işğaldan azad olunmuş Füzulidən paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.
“Bölgədəki proseslər barədə səlahiyyətli şəxslər tərəfindən məlumatlandırıldıq”, - parlament sədri bildirib.