Əksəriyyətimiz ondan getdikcə daha çox əldə etməyə çalışırıq, lakin biz onu xərcləməyi sevdiyimizi inkar edə bilmərik - pul dünyanı “döndərir”. Bəzən bütün pisliklərin kökü adlandırılan pul gözəl şeylər üçün istifadə edilə bilər, ancaq eyni zamanda, insanları məhv edə bilər.
Həyatımız boyu pul daim görünür və “yox olur”. Biz maaşımızı alırıq və onu ev almaq, maşına sahib olmaq, hesabları ödəmək, ərzaq və əsas ehtiyacları qarşılamaq üçün istifadə edirik. Bir çoxumuz üçün daha çox istədiyimiz zaman daha azını istəmək əvəzinə daha çox qazanmağa çalışırıq. Adətən, bir çoxumuz qazandığımızdan daha çox xərcləyirik.
Nağd pula bir az fərqli baxmağınıza səbəb ola biləcək pul haqqında bir neçə faktı ümumiləşdirdik:
Mal-qara pulun ilk və ən qədim formasıdır. Afrikanın bəzi yerlərində inəklərdən 20-ci əsrin ortalarına qədər pul kimi istifadə olunurdu. Hər bir inəyin başını "kaput" adlandırırdılar, bu da latınca "baş" deməkdir. Buna görə də, çoxlu inəyi olan adamın çoxlu "kaput" və ya "kapital"ı var idi - bu günə qədər pulu təsvir etmək üçün bu termin istifadə edilir.
Tarix boyu insanlar müxtəlif pul formalarından istifadə etmişlər: sabun, kakao paxlası, fil quyruğu tükləri, taxıl, heyvan dəriləri, çay, tütün, ayı dişləri və s.
Romalılar nikah və qadın ilahəsi Juno Monetanın məbədində sikkələr zərb edirdilər. Əslində, "coin" sözü də "money" (ingilis pulu) mənşəlidir. Roma zərbxanası dünyanın ən qədimidir.
Sikkələr üzərində insanların təsvirlərini ilk dəfə zərb edən romalılar olub. Eramızdan əvvəl 44-cü ildə müharibədə qalib gələn Qay Yuli Sezar öz portretinin sikkələrdə təsvir edilməsini əmr etmişdi.
Qədim Mesopotamiyada (indiki İraq) şumerlər metal puldan - külçədən istifadə edən ilk insanlar olublar. Külçələrin qiyməti çəkidən asılı idi.
İslandiyada dünyanın istənilən ölkəsi ilə müqayisədə kredit və debet kartlarından daha çox istifadə olunur.
Pulun meydana çıxmasından əvvəl insanlar mal və ya xidmət mübadiləsinin sadə forması olan barterdən istifadə edirdilər.
Dəniz balıqqulaqları bir vaxtlar dünyanın bir çox yerində pul kimi geniş istifadə olunurdu.
"Müflis" sözü italyan “banca rotta” sözündən gəlir, hərfi mənada "sınmış dayaq" deməkdir. İlkin bankçılıq günlərində pul dəyişdirən, saxlayan və ya borc verən insanlar ictimai bazar stendində öz bizneslərinin qeydlərini aparırdılar. Bir şəxs bütün kapitalını itirdiyi təqdirdə, onun stendinin dayağı sındırılırdı.
Qədim Çində imperiya pulunu saxtalaşdıran insanı asırdılar. Saxtaçıların sayına görə rekord ingilislərə məxsusdur. 1817-ci ildə 313 britaniyalı saxta əskinas hazırladıqlarına və ya yaydıqlarına görə asılmışdılar.
Qədim romalılar duzdan pul kimi istifadə edirdilər. "Əməkhaqqı" mənasını verən ingiliscə "maaş" sözü latın dilində “sal” (соль) “duz” sözündən yaranmışdır.
Hökumətlər bəzən düşmənin maliyyə sistemini məhv etmək üçün ona saxta pul yeridirlər. İkinci Dünya müharibəsi zamanı Almaniya Böyük Britaniya ilə, ABŞ isə Yaponiya ilə belə etmişdi.
Mütləq dünya inflyasiya rekordu Zimbabvedə müşahidə edilir. 2008-ci ildə inflyasiya illik 231 milyon % təşkil edib (rəsmi rəqəmlərə görə).
Dünyanın ən bahalı sikkələrindən biri 1913-cü ildə zərb edilən 5 sentlik “Nickel Liberty Head” sikkəsidir. O, 2010-cu ildə 3737500 dollara satılıb.
Kraliça II Yelizaveta valyuta üzərində ən çox portret rekorduna sahibdir. Onun portreti dünyanın 30-dan çox ölkəsinin əskinaslarında təsvir edilmişdir.
Dünyada 180 valyuta Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətlərində qanuni ödəniş vasitəsi kimi tanınır.
Psixoloqların 2018-ci ildə apardıqları araşdırmaya görə, sərvətini özü qazanmış milyonçular miras qalanlardan daha xoşbəxtdirlər.
Verdiyiniz qan açıq bazarda satılır və dünya üzrə ildə 4,5 milyard dollarlıq bir bazara malikdir.
Beynəlxalq Kosmik Stansiya indiyə qədər tikilmiş ən bahalı obyektdir, dəyəri 150 milyard dollardır.
Dollar dünyada ən çox dəyişdirilən valyutadır. Ondan sonra avro, Yapon yeni və funt sterlinq gəlir.
Qədim dini məbədlər insanların pul kimi istifadə etdikləri taxıl və ya qiymətli metalları saxladıqları ilk banklar kimi fəaliyyət göstərmişdir.
Çinlilər kağız pulları eramızın 9-cu əsrində icad ediblər. Onların orijinal adı "uçan pul" kimi tərcümə olunur, çünki külək tərəfindən asanlıqla uçurulur.
Araşdırmalar göstərib ki, pul üstündə mübahisələr boşanmaların əsas göstəricisidir.
Nubar Süleymanova, “İki sahil”