19 may 2022 18:01
1026

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Toplantıda 100-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iki iclasında əfvlə bağlı 500-dən çox müraciətə baxılıb.

***

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.

İndiyədək Komissiyanın iclaslarında ümumilikdə əfvlə bağlı 400-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.