20 may 2022 00:36
1224

Daima formada qalmaq üçün nə etməli?

Sağlam olmaq və yaxşı görünmək kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir. Amma çarəni pəhrizdə görən adamların çoxu nə qədər çalışsa da, istədiyi qədər arıqlaya bilmir.  Tez arıqlamaq istəyirsinizsə mütləq bu qızıl qaydalara riayət edin.

Şəkəri azaldın

Bol şəkər qəbul etmək insanı kökəldən əsas səbəblərdən biridir. Orqanizm artıq şəkəri yağ hüceyrəsi kimi tutub saxlayır.

Şokolad və şirniyyatı  bal və ya quru meyvə ilə əvəz etsəniz belə, qəbul etdiyiniz şəkərin miqdarı yenə çox ola bilər.

Hansı şəkildə olur-olsun, şəkər pəhriz saxlayanların uzaq durmalı olduğu qida maddələrinin birincisidir.

Gündəlik qəbul etdiyiniz şəkərin miqdarını hər gün bir az azaltmağa çalışın.

Hərəkət edin

Həftədə bir neçə dəfə idman etmənizə baxmayaraq çəki ata bilmirsinizsə, günün sonrakı hissəsində nə ilə məşğul olduğunuza diqqət etməlisiz.

Araşdırmalar göstərir ki, insanların 80%-i onlara məsləhət görülən həftədə beş gün və hər gün ən azı 30 dəqiqə idman etmək rejiminə əməl edə bilmir.

Ona görə də idmanı həyatınıza daxil etməniz lazımdır. Bunun üçün pilləkənlə qalxmaq, işə velosipedlə getmək və ya maşınınızı gedəcəyiniz yerdən uzaqda saxlamaq kimi sadə üsullardan istifadə edə bilərsiniz.

Bu üsullar həzm prosesini fəallaşdırmaq üçün çox vacibdir.

Qidanı yaxşı çeynəyin

İnsanların 60%-i yeməyini 5 dəqiqəyə bitirərək sürətli həyat tempindən geri qalmamağa çalışır.

Araşdırmalar zamanı o da məlum olub ki, televizora baxaraq yemək yeyənlər diqqətləri ekranda olduğu üçün qidanı yaxşı çeynəmədən udurlar.

Yaxşı çeynənməyən qidalar iştaha nəzarət edən hormonların fəaliyyətini zəiflədir.

Qidanı daha çox çeynəməyə vərdiş etmək üçün dostlarınızla birlikdə yemək yeyəndə boşqabınızdakıları hamıdan sonda bitirməyə çalışın.

Faydalı qidaları da az yeyin

Yəqin ki, pəhriz zamanı sağlam qidalar qəbul etməyə başlayırsız.

Amma  sağlam qidanı da düzgün qəbul etməsəniz istədiyiniz nəticəy alınmayacaq.

Quru meyvələrin və zülallı qidaların qoz, badam və fındıq kimi çərəzləri  az miqdarda yeməklə  həm  orqanizminizə lazım olan qida maddələrini qəbul etmiş olursunuz,həm də nəticə müsbət olur.

Yuxu normasına əməl etmək

Mütəxəssislər yuxu normasına əməl etməyin də olduğunu vurğulayırlar.

Gecə pis yatanda orqanizmin karbohidrat və şəkər ehtiyacı artır, hədsiz yorğunluq zamanı da beyin şəkər çatışmazlığı siqnalı verir.

Yuxu həm də hormonların fəaliyyətini nizama saldığı üçün dietanın nəticəsinə birbaşa təsir edir.

Daha yaxşı yatmaq üçün özünüzə bir proqram yaradın və ona əməl edin. Hər gün eyni saatda yatıb-durmağa çalışın.

Stresdən uzaq olun

Gərgin iş rejimi və gündəlik problemlərin yaratdığı stress dietanın müsbət nəticəsinə mane olan səbəblərdən biridir.

Orqanizmin stres vıziyyətində ifraz etdiyi hormonlar sizi şəkər qəbul etməyə sövq edə bilər.

Yoqa kimi sakitləşdirici fəaliyyətlərlə məşğul olmağa çalışın. Stresli hallarda banan yemək qan təzyiqini normallaşdıra bilər.

Samirə Tağıyeva, “İki sahil”