20 may 2022 13:53
419

Şirniyyatlar insan sağlamlığı üçün zərərlidir?

“İnsan var ki, o nə qədər şirniyyat yesə də ona pis təsir etmir. Bu təbii olaraq orqanizmdən aslıdır”.

“İki sahil” xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, ümummilikdə şirniyyat arzu olunmayan bir qida hesab olunur: “Mən insanlar tanıyıram ki, onların kifayət qədər yaşı var və daim şirinçay içirlər. Amma bu proses onun orqanizminə pis təsir etmir və şəkəri də yoxdur. Hansı insanda ki, metabolizma və həzm sistemi yaxşı çalışırsa onda hər bir yemək tez bir zamanda həll olur. Ancaq sağlam qidalanma anlayışında şirniyyat ifadəsi yol verilməz bir faktordur. Xüsusən unlu məhsullar ilə hazırlanmış şirniyyat daha təhlükəlidir. Bəzi insaların fikirlərinə görə, bal şəkər xəstələrinə zərər deyil. Təbii ki, bu yalnış bir düşüncədir. Bu cür qidalar qanda şəkərin artmasına gətirib çıxardır və orqanizmin digər proseslərinə də mənfi təsir göstərərək ciddi narahatlıq doğurur”.