20 may 2022 21:10
777

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident İlham Əliyev bəyanatında bir çox mühüm məsələlərə münasibət bildirmişdir.  Qeyd olunmuşdur ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında  imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasında güclü siyasi əlaqələr, siyasi dialoqun təzahürüdür.

Bəyənatda  qeyd olunmuşdur ki, Azərbaycan Cənubi Qafqazı sülh, əmkdaşlıq və qarşılıqlı fəaliyyət  regionu kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün geniş imkanlar yaranmışdır.  Azərbaycan  bu vacib məsələ ilə bağlı Gürcüstanla da fikir mübadiləsi aparmışdır və onlar da bu seçimi şox müsbət qiymətləndirirlər. Ancaq təəssüf ki, Ermənistan indiyə qədər  Cənubi Qafqazda  üçtərəfli qarşılıqlı fəaliyyət formatının  başlanmasına həvəs göstərmir. Qeyd olunmuşdur ki, yaranmış imkanlar əldən verilməli deyil. Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.  Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü beş əsas prinsipi qəbul etmişdir. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və benəlxalq hüquq normalarına uyğundur.

Bəyanatda bildirilmişdir ki, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünümüdafiə hüququndan tam yararlandı. Azərbaycan 30 ilə yaxın müddətdə danışıqlara sadiq qaldı.  Uzun müddət ərzində Azərbaycan Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. O vaxtlar sanksiyalar tətbiq edilsəydi, ola bilsin heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlqkəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhaal çıxarılmasını tələb edən məlum qətnamələrini Azərbaycan özü icra etdi.

Bəyənatda  Avropa İttifaqı ilə Azərbaycan arsındakı əlaqələrə də toxunulmuşdur. Qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi məsələləri, ticarət münasibətləri müzakirə olunmuşdur. Bildirilmişdir ki, Avropaya təbii qazın ixracına başlandığını və  neft-qaz qiymətlərinin artmaqda olduğunu nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalanıb. Bütün bunlar göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.

Rauf Əliyev,
Milli Məclisin deputatı