İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər təşkil edəcək.
“İki sahil” quruma istinadən xəbər verir ki, təlim proqramları satınalan təşkilatları və sahibkarları maraqlandıran suallar, tərəflərin üzləşdiyi çətinliklər və təkrarlanan pozuntuların təhlili əsasında hazırlanıb.
Mayın 25-də “Dövlət satınalmalarının təşkili: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda satınalan təşkilatların nümayəndələri üçün təşkil olunacaq ilk seminarda 16 dövlət qurumunu təmsil edən 50-dən çox mütəxəssisin iştirakı nəzərdə tutulur.
Seminar dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunur.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib