20 may 2022 20:15
387

Azərbaycanın müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik - ABŞ Prezidenti

"ABŞ Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir".

“İki sahil” xəbər verir ki,  bu, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda vurğulanıb.

"Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq", - məktubda qeyd olunub.