Dünyanın superdövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına böyük bayramımız-Respublika Günü münasibəti ilə təbrik məktubu göndərib. Ağ Evin rəhbəri qarşıdan gələn onilliklərdə ABŞ-ın Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusunu ifadə edib.
ABŞ Prezidentinin təbrik məktubu cəmiyyətimizdə böyük əhəmiyyətə malik ictimai hadisə kimi qiymətləndirilir. ABŞ Prezidenti Cozef Bayden 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsivə Avropa bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində Azərbaycanın roluna yüksək qiymət verib. Məktubda ölkəmiz terrorizmə qarşı mübarizəyə verdiyi töhfələr bir daha vurğulanır və təqdir edilir. Göstərilir ki, ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsi qənaətindədir və Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi bəyənilir. Ona görə də onun ölkəsi gördüyü işlərdə Azərbaycana kömək etməyə hazırdır.
ABŞ dövlətinin rəhbərinin təbrik məktubunda fikir vurğulanır ki, hazırkı dövrdə dünyada baş verən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerika Azərbaycanın müstəqilliyini və suverenliyini tanıyır və hörmət edir. O da vurğulanır ki, hazırkı vəziyyət Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilir və ABŞ dövləti regionumuzda yaranmış yeni reallığı qəbul edir.
Prezident Cozef Bayden məktubunda bildirir ki, onun hökuməti Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazırdır. Qeyd olunur ki, son illər Azərbaycanın bir sıra uğurlar qazanması dövlət başçısı İlham Əliyevin təşəbbüskarlığı ilə reallaşıb.
Dünyada söz sahibi olan ABŞ kimi nüfuzlu bir dövlətinin rəhbərinin Azərbaycan və onun rəhbəri barədə belə yüksək fikirləri ifadə etməsi ölkəmizə ciddi siyasi dəstəkdir.
Biz cənab Baydenin ölkəmiz haqqında belə yüksək fikirdə olmasını minnətdarlıqla qeyd edirik.
Vəli İlyasov, “İki sahil”