21 may 2022 19:04
623

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı”