21 may 2022 23:38
859

Şəhidin doğum günü münasibəti ilə Sabirabadda tədbir keçirilib

Bu gün YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, RİH-in şöbə müdiri Müslüm Rzayev, Sabirabad rayon Veteranlar şurasının sədri Faiq Hüseynov, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhid Abbaslı Elgiz Fuad oğlunun doğum günü münasibəti ilə anım mərasimində iştrak edib və xatirəsini ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatın sədri Varis Rüstəmov və digər qonaqlar Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaqki, ailənin tək oğul övladı olan Abbaslı Elgiz Fuad oğlu 1998-ci il mayın 21-də Sabirabad rayonu, Cavad kəndində anadan olub. Elgiz Vətən müharibəsində igidlik və mərdlik göstərərək 08.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  müvafiq  Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” və "Cəsur döyüşçü"  medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!