22 may 2022 00:21
595

Stokholmdakı PKK / PYD tərəfdarları İsveçin NATO-ya girməsinə etiraz edir

İsveçin paytaxtı Stokholm şəhərində toplanan PKK / PYD tərəfdarlar qrupu İsveçin NATO-ya girməsinə etiraz edib.

“İki sahil” AA-ya istinadən xəbər verir ki, qrup Stokholmdakı Norra Bandaralm meydanına toplaşıb və Sosial Demokrat Partiyasının binasının qarşısında yürüş keçirib.

PKK / PYD terror təşkilatını simvolizə edən əski parçaları daşıyan terror təşkilatının tərəfdarları İsveçin NATO-ya girməməsini və İsveçin Türkiyənin tələblərini qəbul etməmələrini tələb ediblər

Nümayişdə iştirakçılar "Bizim RKK-ya üzvlüyümüz var", şüarını səsləndiriblər.

Polisin müdaxilə etmədiyi və təxminən 200 nəfərin iştirak etdiyi icazəsiz nümayiş insidentsiz başa çatıb.