22 may 2022 14:53
642

Parlamentarilərin Şuşa iclası başa çatıb

Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclası başa çatıb.

“İki sahil” xəbər verir ki, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra parlamentarilər Şuşa şəhərindəki bir sıra tarixi-mədəni abidələri yerləri ziyarət edəcəklər, Cıdır düzündə olacaqlar.