"Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. O cümlədən, Azərbaycan beynəlxalq terrorizmə qarşı beynəlxalq koalisiyanın etibarlı üzvüdür. Və terrorizmə qarşı öz mövqeyini qəti şəkildə ortaya qoymuşdur. Çünki Azərbaycan da terrordan əziyyət çəkən dövlətdir. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü ilə bağlı Azərbaycana göndərilən məktubu bir çox aspektləri özündə ehtiva edir. Bu xüsusda enerji layihələrinin şaxələndirilməsi və Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu bu məktubda xüsusi vurğulanır."
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
İ. Hüseynov bildirib ki, yeni geosiyasi reallıqlar konteksində Cənubi Qafqazda əməkdaşlığın daha da genişləndirilməsi üçün münbit şərait yaranmışdır və Azərbaycan sülh çağırışları ilə çıxış edir: "ABŞ da yeni geosiyasi reallıqlar konteksində bu çağırışları dəstəkləyir, ona tərəfdar çıxır və Ermənistanla sülh müqaviləsinin imzalanması hazırkı durumda Azərbaycanın əsas prioritetləri sırasındadır. Brüssel sülh gündəliyi istiqamətində cərəyan edən proseslər də məhz bu səpkidə inkişaf etdirilir. Eyni zamanda, ABŞ və Azərbaycan arasında digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün də çox yaxşı zəmin formalaşıb. Alternativ enerji istiqamətində Azərbaycanın çox yaxşı potensialı var. Külək, Günəş, su enerjisindən geniş şəkildə istifadə etmək olar. Son dövrlər Azərbaycana olan investisiyalar da məhz alternativ enerji sahəsini əhatə edir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində də ABŞ-ın böyük şirkətləri yaxından iştirak edə bilərlər. Bu şirkətlərin Qarabağa yatırımları Azərbaycan-ABŞ münasibətlərinə də müsbət təsir göstərəcək."
Ekspert qeyd edib ki, təhlükəsizlik sahəsində Azərbaycan –ABŞ münasibətləri həm də strateji xarakter daşıyır və regionun təhlükəsizliyi baxımından da öz aktuallığı ilə seçilir: "Enerji təhlükəsizliyi dövlətlər üçün milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan həm də enerji təhlükəsizliyi ilə bağlı meqalayihələrin əsas təşəbbüskarıdır və bu layihələr bir çox dövlətləri əhatə edir, eyni zamanda, sabit, inamlı şəkildə enerji təchizatı layihələri icra olunur."
Yaqut Ağaşahqızı, “İki sahil”
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır