Regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərininin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.
"Azərbaycanla Qazaxıstanın gündəliyində çoxlu yeni məsələlər dayanır. Çindən Avropaya yol olan Orta Dəhliz kimi təşəbbüslərdən biri mövcud gündəlikdə böyük rol oynayır. Xüsusilə regiondakı mövcud geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizin əhəmiyyəti artmaqdadır", - deyə o bildirib.
Onun sözlərinə görə, artıq gömrük prosedurlarının sadələşdirilməsi barədə sazişlər mövcuddur və gələcək inkişaf üçün potensial var.
F.Şəfiyev vurğulayıb ki, Azərbaycanla Qazaxıstan arasında sıx əməkdaşlıq fəal şəkildə inkişaf etməlidir.
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır