Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün zaman və danışıqlar lazımdır.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç bildirib.
O, mayın 3-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Vyanada görüşdüyünü xatırladıb.
“Artıq müsbət addımlar var, Ankara ilə İrəvan arasında çarter reysləri açılıb. Münasibətlərin normallaşması üçün zaman və danışıqlar lazımdır. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğu kimi, Azərbaycan da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, - o deyib.
Heydər Əliyev Fondu və Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarına dair yeni razılaşma əldə ediblər
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır